Sübh namazını zöhr namazı ilə birləşdirib qılmaq olarmı?
Va aleykum Salam.
Sübh namazı ilə zöhr (günorta) namazını birləşdirib qılmaq icazəli deyil. Uca Allah beş vaxt namazın hər birini öz vaxtında qılmağı buyurmuşdur. Uca Allah buyurur: "Namazları, xüsusilə də orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun" (əl-Bəqərə, 238). Namazları vaxtında qılmaq ən fəzilətli əməl sayılır. İbn Kəsir bu ayənin təfsirində deyir:
"Uca Allah bu ayədə namazları vaxtlı-vaxtında yerinə yetirməyi əmr edir. Namazları şərtlərinə, rüknlərinə və vaciblərinə riayət etməklə qılmağı buyurur. əl-Buxari və Muslimin "Səhih" əsərlərində rəvayət edilir ki, İbn Məsud (Allah ondan razı olsun) belə demişdir: "Bir dəfə mən Peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşdum: "Allahın ən çox sevdiyi (əməl) hansı əməldir?" O buyurdu: "Namazı vaxtlı-vaxtında qılmaq”. Mən dedim: "Sonra hansıdır?" O buyurdu: “Valideynlərin qayğısına qalmaq”. Mən dedim: "Bəs sonra hansıdır?" O buyurdu: “Allah yolunda cihad etmək” (əl-Buxari, 496; Muslim, 122). Lakin müəyyən zəruri hallarda dinimiz zöhrlə əsr namazını, məğriblə işa namazını cəm etməyi icazə vermişdir. Bunlardan başqa namazları cəm etmək olmaz. Həmçinin oxuyun: