Keçmiş illərdə qılınmayan namazlar qəza edilməlidirmi?

    03.10.2021
Sual: 
Salam aleykuma.Men 15 yawindan oruc tutmuwam, teravih namazlarini qilmiwam. Gundelik 5 vaxt ferz namazlarini ise 22 yawimdan bawlamiwam.7 ilin namazini qeza etmeliyemmi? Yoxsa bu qezalari Allah baqiwlayirmi?
Cavab: 
Va aleykum salam. Keçmiş illərdə qılınmayan namazlar qəza edilmir, çünki tövbə özündən əvvəlki günahları silir. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Tövbə özündən əvvəlki günahları silir". (İmam Əhməd, 4/199, 204-205). Bunun əvəzinə nafilə namazları və saleh əməlləri (oruc, sədəqə və s.) artırın, çünki saleh əməllər günahların silinməsinə səbəbdir. Uca Allah buyurur: "Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır". (Hud, 114). Həmçinin bu cavabları oxuyun:
Keçmiş illərin qəza namazları qılnmalıdır?
Qəza namazları neçə rükət və nə vaxt qılınır?
Teqlər: 
Paylaş: