Cənnətdə qadın neçə kişi ilə evləndiriləcək?
Va aleykum salam.
1) Əvvəl qıldığınız namazları qəza etməyə ehtiyac yoxdur. Ətraflı oxuyun:
2) Cənnət və Cənnət əhli barədə varid olan hədislərə əsasən, Cənnətdə hər qadının yalnız bir həyat yoldaşı olacaq. Hər bir qadın öz həyat yoldaşı ilə birlikdə olacaq və ondan başqasını istəməyəcək. Uca Allah Quranda Cənnət qadınlarını belə vəsf edir: "Onların yanında baxışları öz ərlərinə dikilmiş iri qara gözlü zövcələr olacaq" (əs-Saffat, 48). Təfsir alimləri bu ayələri açıqlayaraq demişlər: "Yəni, gözləri yalnız ərlərinə baxan və onlardan başqalarını istəməyən qadınlar olacaq. Onlar Cənnətdə ərlərini ən yaraşıqlı və ən gözəl kişi olduğunu görəcəklər, ərlərindən daha yaraşıqlı olan bir kimsə görməyəcəklər". Əgər qadın heç ərə getməmişsə, Uca Allah ona Cənnətdə istədiyi bir kişiyə ərə getməyə icazə verəcək. Bu ya dünyada olan kişilərdən biri, ya da Uca Allahın Cənnət üçün yaratdığı kişilərdən biri ola bilər. Həmçinin oxuyun: