Qonaq getdiyi yerdə namaz qıla bilməyən nə etməlidir?
Sual:
Harasa gedende yolda namaz qila bilmeremse yada qonax getdiyim zaman namaz qila bilmeremse neyniyim?
Cavab:
Əssələmu aleykum. Müsəlman getdiyi yerdən asılı olmayaraq ilk növbədə namazlarını necə qıla biləcəyi barədə düşünməlidir. Qonaq gedən şəxs qonaq getdiyi yerdə namazlarını qılmağa çalışmalıdır. Əgər sualda səfərə getmək nəzərdə tutulursa, səfər namazı qılmaq olar. Səfər namazı barədə ətraflı oxuyun: Səfər namazı necə qılınır?
Hətta səfərdə olmasa belə əgər çətinlik varsa namazları birləşdirib qılmaq icazəlidir. Bu barədə ətraflı oxuyun: