Şəhvət hissindən sonra övrət yerindən gələn rəngsiz yapışqan maye qüslü pozurmu?

    22.02.2022
Sual: 
Uca Allahın salamı olsun! Sual: eger şehvetli, cinsi elaqede olan qadınla kişi şekillerine ve ya videolarına baxdıqdan sonra kişinin cinsi orqanından şehvetle, amma tezyiq olmadan şeffaf, qoxusuz ve selikli maye gelerse, qüsl vacib olurmu? Zehmet olmasa cavablayarsınız.
Cavab: 

Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, əxlaqsız şəkillərə və videolara baxmaq haramdır. Bu əməldən tövbə etmək lazımdır. Ətraflı oxuyun:

Əxlaqsız filmlərə və şəkillərə telefonda və ya internetdə baxmaq günahdırmı?

Günahdan əl çəkmək üçün nə etmək lazımdır?


Şəhvət zamanı övrət yerindən gələn az miqdarda, şəffaf selikli maye "məzi" adlanır və buna görə qüsl almaq lazım deyil. Sadəcə övrət yerini yumaq və dəstəmaz almaq kifayətdir. Ətraflı oxuyun:

Teqlər: 
Paylaş: