Qaynaq edilmiş saçla qüsl etmək olarmı?

    22.02.2022
Sual: 
Salam. Sizə sualım var. Zəhmət olmasa cavablandıra bilərsiniz? Öncədən təşəkkürlər.1)Mən namaza başlamaq istəyirəm. Bunun üçün qüsl almalıyam amma saçımda qaynaq var. Lakin qaynaqlar saçımın dibindən qoyulmayıb su bütün saç diblərinə dəyir ancaq qaynaq qoyulan dəmirin altına mən bildiyim qədər ilə su keçmir. Yəni azda olsa həmin dəmirin altında qalan saçlarım islanmır. Bilmək istəyirdim ki belə yəni saçımda qaynaqlar varkən aldığım qüsl sayılır?
Cavab: 

Va aleykum Salam.

Əvvəla bunu qeyd edək ki, dinimiz saç qaynaq etməyi qadağan edir. Bu barədə ətraflı oxuyun: Kiprik qaynaq etdirmək dəstəmaza maneə olurmu?


Əgər qeyd etdiyiniz kimi, saçın və ya dərinin müəyyən hissəsinə su dəymirsə, bu halda edilən qüsl sayılmır. Çünki qüsl edərkən saç təmamilə islanmalıdır. Daha ətraflı: Cənabət qüslündə saçlar tam islanmalıdırmı?

Paylaş: