Zina etdiyim qadınla evlənməyim doğrudurmu?

    17.01.2022
Sual: 
əs salamun əleykə rəhmətullahİ bərəkətu.allahin salami olsun hər bİrİnİzə.mənİm sİzdən örgənmək İstədİyİm bİr çey var.mən əvvəllər namaz qilirdim.daha sonra İsə namazi saxladim.aİlə qurduqdan sonra İsə yenİdən namaza başladim.hansikİ o qilmadiğim günlər üçün qəza namazi qilmaliyammi?2 cİ sualimsa budur. üzür İstəyərək deyİrəm.məm xaniminla aİlə qurmazdan əvvəl görüşür və İntİm münasİbətdə olurdum.amma namaz başlamamişdan öncə.hall hazirda həmİn xanimla evlİyəm .molla kəbnİ və dövlət kəbnİylə.sualim bu durkİ bu dİnən doğrudurmu halalmidir ya harammi?
Cavab: 
Və aleyku Salam və Rahmətullahi və Bərakətuhu. 
1) Üzrsüz yerə tərk olunan namazlar böyük günah sayılır və qəza edilmir. Bunun üçün səmimi tövbə etmək və digər xeyirli əməlləri artırmaq lazımdır. Ətraflı oxuyun: Keçmiş illərdə qılınmayan namazlar qəza edilməlidirmi?
 
2) Kəbin olmadan naməhrəm qadınla əlaqədə olmaq zinadır. Buna görə hər iki tərəf tövbə etməlidir. Əgər hər ikiniz tövbə etmisinizsə, nikah bağlaya bilərsiniz. Ətraflı oxuyun:
Paylaş: