Kişi öz xanımına qohumları ilə əlaqə saxlamağı qadağan edə bilərmi?

    30.12.2021
Kimdən: 
Leyla
Sual: 
Salam. Yoldaşım bezi qohumlarla əlaqə saxlamagi qadağa edib. Bu ne derecede düzgündür?
Cavab: 

Va aleykum Salam. Ərinizin sizə qohumlarınızla əlaqə saxlamağa qadağa qoymasına heç bir haqqı yoxdur və buna görə günah qazanır. Əriniz öz qohumları ilə əlaqə saxladığı kimi, sizin də öz qohumlarınızla əlaqə saxlamağınıza icazə verməlidir. Qadın istəmədiyi təqdirdə qohumları ilə əlaqəni kəsdiyinə görə günah qazanmır, amma əri isə buna səbəb olduğu üçün günah qazanır. Ərinizə əgər bacarırsınıza özünüz, əks halda sözünü eşidib dinlədiyi ağsaqqallar və ya qohumlar nəsihət etməlidirlər ki, Allahdan qorxsun və Onun qoyduğu həddləri aşmasın. Uca Allah buyurur: "Qoy onun (peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar". (ən-Nur, 63). Lakin əgər qohumlarınız sizin ailə işlərinizə qarışaraq fitnə yaradırlarsa, bu halda əriniz qadağa qoya bilər. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: