Buruna su almadan edilən qüsl sayılırmı?
Sual:
Men qusül alanda burnumu yumaq isteyende burnuma su ala bilmedim biraz soyuq deyme olmuşdu burnum tutulmusdu ona gorede burnuma ümumiyyetle su ala bilmedim indi menim aldığım qüsl düzgün hesab olunurmu ?
Cavab:
Əssələmu aleykum. Dəstəmaz və qüsl alarkən ağıza və buruna su almaq vacibdir və bu əməl üzü yumaqdan sayılır. Buruna su alarkən suyu burunun dərinliklərə çəkmək şərt deyil. Əgər burun tutulubsa və ya xəstəlik səbəbindən suyu burunun dərinliklərinə çəkmək mümkün deyilsə, suyu buruna yüngülcə çəkin. Əgər buruna heç su almamısınzsa, bu qüsl sayılmır və qüslü yenidən almalısınız. Həmçinin oxuyun: