Etdiyim günahların açılmasından qorxuram...

    07.07.2022
Kimdən: 
Nurdan
Sual: 
Salam.Menim bu vaxta kimi gunahlarim cox olub. Men tovbe etmisem ve bu gunahlardan uzaglasmisam.Amma meni her gun uzen ve qorxudan bir sey varki ne vaxtsa gunahlarimin ustu acilar ve ailem sevdiklerim mennen uz donderer. Men ne edim ki etdiyim gunahlar hem beyinmden hem heyatimnan silinsin ve ustu acilmagi qorxusu ureyimden cxsin. Bir hedisde oxumusdum ki Allah isterse oz qulunun gunahini hetta qiyamet gunu bele acmaz. Bu duzdurmu? Menim gunahlarimi Allah bagislayib, gunahlarimi omrluk acilmamagini edermi?
Cavab: 

Va aleykum Salam. Uca Allah səmimi tövbə edən qulların günahlarını bağışlayır. Uca Allah barədə gözəl zəndə olun və Ondan günahlarınızı həm bu dünyada, həm də Axirətdə örtməsini diləyin. Uca Allahın adlarından biri də "əs-Sittir", yəni günahları Örtəndir. əs-Sittir olan Allah qüsur və eyibləri örtəndir. O, bəndələrinin bir çox eyiblərini örtərək onları insanlar arasında rüsvay etmir. Həmçinin namaz, oruc, sədəqə kimi yaxşı əməlləri artırın. Uca Allah buyurur: “Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır” (Hud, 114). Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: