Namazda qəlbində kiməsə ölüm diləmək namazı batil edirmi?

    07.07.2022
Sual: 
Salam. Men namaz qılanda sanki meni mecbur edirler ki, kiminse ölümünü dileyim (daha çox sevdiyim adamların) ve ister istemez üreyimden o keçir ama istemsiz şekilde ve mecbur olub namazı dayandırıb tezeden başlayıram ve bu 1 defe baş vermir 10 15 defe tekrarlanır bu hal. Bezmek derecesine gelmişem. Amma namazı qılmağı da buraxa bilmirem. Meslehete çox ehtiyacım var. Xahiş edirem cavablandırasınız.
Cavab: 
Va aleykum Salam. Qeyd etdiyiniz hal şeytanın vəsvəsəsidir və bu vəsvəsəyə fikir vermədən namazınıza davam edin. Çünki Uca Allah insanın öz iradəsi olmadan qəlbindən keçirdiyi, lakin dilə gətirmədiyi fikirlərə görə günah yazmır və bu fikirlər dua sayılmır. Odur ki, qəlbinizdən belə fikirlər keçərsə, sadəcə Allaha sığının və namazınızı davam edin. Bu vəsvəsləri uzaqlaşdırmaq üçün Quran ayələrinin səsli oxunuşuna qulaq asmağınız yaxşı olar. Həmçinin oxuyun:
Paylaş: