Qadın yaxın qohumlarının evində çimə bilərmi?
Va aleykum Salam. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) qadınlara öz evindən başqa evlərdə paltarını soyunmağı və ya çimməyi qadağan edərək demişdir: "Hər hansı bir qadın paltatını öz evindən başqa bir yerdə soyunarsa, özüylə Allah arasında olan örtüyü yırtmış olar". (ət-Tirmizi, 2803). Həmçinin demişdir: "Kim Allaha və axirət gününə iman gətiribsə, öz qadınını (başqa, yad) hamama salmasın. Kim Allaha və axirət gününə iman gətiribsə, yalnız bürünmüş halda hamama daxil olsun. Kim Allaha və axirət gününə iman gətiribsə, içki olan süfrədə oturmasın". (ət-Tirmizi, 2801). Lakin bu qadağa fitnə baş verə biləcəyi və ya qadını naməhrəm kişilər görə biləcəyi ehtimal olunan hallara aiddir. Əgər qadın fitnə baş verməsindən və ya naməhrəmlərə görsənməsindən əmin olarsa bu halda zərurət halında qohumlarının evində qüsl edə bilər. Həmçinin oxuyun:
Qadın qonaq getdiyi evdə qüsl almağa utanırsa, təyəmmüm ala bilər?