Övliyalar üçün Allahdan bağışlanma diləmək lazımdırmı?
Sual:
Salam aleykum. Övliyaların qəbirlərini ziyarət etdikdə onlar üçün dua etmək lazımdır, yoxsa onların bağışlanması üçün dua edilməyə ehtiyacları yoxdur?
Cavab:
Va aleykum Salam. Övliyalar - təqva (Allah qorxusu) və iman sahibləridir. Onlar bütün işlərini Allahın qoyduğu şəriətə uyğun edib, Onun əmrlərini yerinə yetirib, qadağalarından çəkinən şəxslərdir. Bu insanlar nə qədər əməlisaleh olsalar da, günahsız deyillər. Çünki yalnız peyğəmbərlər (onlara Allahın salamı olsun) Uca Allah tərəfindən günah etməkdən qorunurlar. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) belə buyurmuşdur: "Hər bir Adəm övladı xəta (günah, səhv) edəndir. Onların ən xeyirliləri isə tövbə edənləridir". (İmam Əhməd, 3/198; ət-Tirmizi, 2499). Odur ki, övliyaların da bağışlanmağa ehtiyacları var və onlar üçün də Allahdan bağışlanma diləmək lazımdır. Həmçinin oxuyun: