Ramazan ayında qılınan min rükətlik nafilə namazı varmı?

    12.07.2022
Kimdən: 
Kənan
Sual: 
Salam aleykum.Ramazan ayında qılınan 1000 rüketlik nafile namazı nece qılınır?Subh namazı kimi qılınır yoxsa nece?Bu barede melumat verseniz sevinerem.
Cavab: 

Va aleykum Salam. Ramazan ayında min rükətlik namaz yoxdur. Ramazanda təravih və gecə namazları qılınır. Aişə anamız (Allah ondan razı olsun) bildirmişdir ki, "Peyğəmbər nə Ramazanda, nə də başqa vaxtlarda gecələr on bir rükətdən artıq namaz qılmazdı". (əl-Buxari və Muslim). Lakin bu hədis gecələr on bir rükətdən artıq namaz qılmağın qadağan olunması anlamına gəlmir. Gecə və təravih namazları barədə ətraflı oxuyun:

Teqlər: 
Paylaş: