Bədnəzər ölümə səbəb ola bilərmi?

    12.11.2022
Kimdən: 
Fatime
Sual: 
Salam.Sualımı cavablandırsanız sevinerem yalnız üreyim o zaman rahatlıq tapar 5 ay önce qardaşımı qeza da itirdim her zaman dua etdim de deyirem ki ne zaman ölsem qardaşıma qovuşdur meni Allahim. Bu da düzgünmüdür? Ve esas sualım o dünya da bacı qardas ana ata bir birini tanıyacaq görecek mi? Berzex alemin de görüş var mı? Lakin menim tesellim onu göreceyimdir o günü gözleyirem. 2-ci sualım bednezerden ölmek olarmı? ALLAH sizden razı olsun suallarımın hamısını cavablasanız bu yanan üreyime teselli verseniz insAllah
Cavab: 
Va aleykum Salam. Əvvəla qardaşınıza Uca Allahdan rəhmət və günahlarının bağışlanmasını diləyirik! Sizə və ailənizə bu müsibətə görə səbir və əcir verməsini diləyirik!

1) Belə bir halda sizin qardaşınız üçün edə biləcəyiniz ən yaxşı əməl onun üçün daim bağışlanma diləməkdir. Uca Allahdan həm özünüzə, həm də qardaşınıza Cənnətə düşməyi, qardaşınızla və sevdiyiniz insanlarla Cənnətdə görüşməyi diləyin. Uca Allah Cənnət əhlinə istədikləri neməti verəcək. Cənnətdə insan sevdiyi insanlarla birlikdə olacaq və o öz yaxınlarını tanıyacaqdır. Uca Allah buyurur: "Möminlərin imanda on­la­rın ar­xa­sınca gedən nəsillə­ri­ni də Cən­nətdə öz­lərinə qo­vuş­duracağıq. Onların əməllə­rin­dən heç bir şey əskilt­məyə­cə­yik. Hər kəs qazandığının gi­rovudur" (ət-Tur, 21). Həmçinin buyurur: "On­lar üçün Axirət yurdu – əməlisaleh ataları, zöv­cə­­ləri və öv­ladları ilə birlikdə da­xil ola­caqları Ədn cən­nətləri ha­zırlan­mışdır. Mələklər bütün qapılar­dan onların yanına da­xil olub deyə­cəklər: “Səbir etdiyinizə görə si­zə salam ol­sun! Axirət yur­du­nuz ne­cə də gözəl­dir!” (ər-Rad, 22-24). Bu ayələrin mənası budur ki, Uca Allah Qiyamət günü insanın Cənnətə girməyə layiq olan mömin qohumlarını və sevdiklərini bir yerə cəm edəcək ki, bununla gözləri sevinsin. Odur ki, əgər insan bu dünyada itirdiyi sevdikləri və yaxınları ilə Cənnətdə görüşmək və onlarla birlikdə olmaq istəyirsə, ilk növbədə özü iman gətirib Cənnət əhlinin əməllərini etməlidir. Daha sonra vəfat edən insanlar üçün bağışlanma diləməli və onlarla Cənnətdə bir yerdə olmağı Allahdan istəməlidir.
O ki qaldı "Bərzəx" aləmində ruhların görüşməsinə, bu barədə dinimizdə səhih bir dəlil yoxdur. Həmçinin oxuyun:

Cənnətin vəsfi belədir

2) İkinci suala gəlincə, bəli, bədnəzərdən ölmək mümkündür. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ümmətində ölənlərin ən çox bədnəzərdən olacağını bildirərək demişdir: "Allahın qəzavü-qədərindən sonra ümmətimdən ölənlərin ən çoxu gözdəymədən öləcək"  (Səhih əl-Cami, 1206). Həmçinin demişdir: "Göz dəyməsi (nəzər) haqdır və insanı məzara, dəvəni qazana salar". (əl-Acluni "Kəşful-Xafa", 2/76). Bu barədə ətraflı oxuyun:

Gözdəymə və ondan necə qorunmaq haqqında

Teqlər: 
Paylaş: