"Allahummə-ğfirli" duasının mənası nədir və bu dua hansı namazda deyilir?
Sual:
Allahumməxfirli sözünün mənası nədi?Hansı namazda istifada edirik?
Cavab:
Əssələmu aleykum. "Allahummə-ğfirli" duasının mənası "Allahım məni bağışla!" deməkdir. Bu duanı istənilən namazda səcdədə və rükuda demək icazəlidir. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) rükuda və səcdədə: "Allahım! Sən pak və müqəddəssən. Ey Rəbbimiz! Sənə həmd olsun. Allahım, məni bağışla! (Subhanəkə Allahummə Rabbənə və bihamdikə, Allahummə-ğfirli)”– deyərdi. (əl-Buxari, 794). Həmçinin oxuyun: