Va aleykum Salam.
1) Sualda qeyd etdiyiniz şəxsin özünü Mehdi kimi qələmə verməsi xurafatdır. Ümumiyyətlə bir insanın Allahı sevdiyini və Onu zikr etdiyini iddia etməsi bu insanın əməlisaleh olması anlamına gəlmir. Bunu iddia edən insan Onun göndərdiyi Peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) də tabe olmalıdır. Belə ki, Uca Allah buyurur: "De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir". (Ali İmran, 31). Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Mehdinin Qiyamətə yaxın bir zamanda Mədinə şəhərindən zühur edəcəyini bildirmişdir. Mehdinin gəlişi İsa peyğəmbərin (ona salam olsun) enməsi ilə eyni zamanda olacaq. Bu barədə ətraflı oxuyun:
Uca Allah Quranda Onun əzabından qorxmağı əmr edərək buyurur: "Şeytan sizi sadəcə öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!" (Ali-İmran, 175). "Rəbbinin hüzurunda durmaqdan qorxanları iki cənnət gözləyir" (ər-Rəhman, 46). Həmçinin Ondan qorxanları tərifləyərək buyurur: "Onlar (möminlər) özlərinin fövqündə olan Rəbbindən qorxur və onlara əmr olunanları yerinə yetirirlər" (ən-Nəhl, 50). Uca Allahın mərhəməti olduğu kimi əzabı da verdır. Uca Allah Quranda bir çox ayələrdə mərhəməti ilə yanaşı əzabını da qeyd edir. Uca Allah buyurur: "Qullarıma xəbər ver ki, Mən Bağışlayanam, Rəhmliyəm. Əzabım isə ağrılı-acılı əzabdır" (əl-Hicr, 49-50). Odur ki Uca Allah həm sevgi (ümid), həm də qorxu ilə ibadət etmək lazımdır. Uca Allah bu xüsusda buyurur: "Həqiqətən, onlar (peyğəmbərlər) yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti qullar idilər" (əl-Ənbiya, 90).
2) Uca Allah göyləri, yeri və məxluqatı yalnız Ona ibadət edilsin deyə yaradıb, heç kəsin xatirinə yaratmayıb. Ətraflı oxuyun: