"Allah Özünə şərik qoşulmasını əsla bağışlamaz" (ən-Nisa, 48) ayəsinin mənası nədir?
Va aleykum Salam.
1) Ayənin düzgün tərcüməsi belədir: "Allah Özünə şərik qoşulmasını əsla bağışlamaz, bundan aşağı olan günahları isə istədiyi kimsəyə bağışlayar" (ən-Nisa, 48, 116). Bu ayədə tövbə edilməyən və Allahın hüzuruna Ona şərik qoşaraq gələn insanlar nəzərdə tutulur. Dünyada ikən tövbə edilən günahları isə Uca Allah böyüklüyündən və kiçikliyindən asılı olmayaraq bağışlayır. İbn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin təfsirində belə deyir: "Uca Allah bildirir ki, “Allah Özünə şərik qoşulmasını əsla bağışlamaz”, yəni Allahın hüzuruna Ona şərik qoşaraq gələn heç bir qulu bağışlamayacaqdır, “bundan aşağı olan günahları isə istədiyi kimsəyə bağışlayar”.
Allaha şərik qoşub sonra tövbə edən insan bağışlanır. Qiyamət günü Allahın hüzuruna şərik qoşmaqdan aşağı olan günahlarla gələn şəxsi isə Uca Allah bağışlaya da bilər, bağışlamaya da bilər. Bu günahların bağışlanması Allahın istəyi altındadır. Ətraflı oxuyun:
3) Ateist olmaq Allaha şərik qoşmaqdan da böyük günahdır. Çünki ateist Uca Allahın inkar edir və kainatın öz-özünə yarandığını deyir. Əvvəl qeyd etdiyimiz ayədə Uca Allah "bundan aşağı olan günahları isə istədiyi kimsəyə bağışlayar" buyurur. Allahı inkar etmək Allaha şərik qoşmaqdan böyük günahdır. Bəzi günahlar Allaha şərik qoşmaqdan da böyük günahdır. Məsələn: Dinə isteza etmək, Allahı inkar etmək, Allahın ayinlərini (Quranı, peyğəmbərləri və s.) alçaltmaq və s. Bu günahlar Allaha şərik qoşmaqdan böyük olduğu üçün Qiyamət günü tövbə edilməyibsə, bağışlanmayacaq.