Cənazə namazı necə qılınır və digər suallar

    16.05.2014
Sual: 
Salam aleykum ve rahmatullah. 1) Qardash chimmek ve yatmaq orucu pozurmu? Yeni hava istidir ona gore yaxalanib chixiram, yuxum gelir yatiram. 2) Cenaze namazi nece qilinir ve hemcinin deqiq sozderi nece olur? 3) Bir kimse islama devet edir, ancaq onu devet etmeye imkan vermirler ve ona qarshi chixirlar. Onlara kafir hökmu dushur, yoxsa fasiq? 4) Qulun Allaha en yaxin hali secde halindadir ve men sunnet namazinda secdeye gedib oz sozlerimle dua ede bileremmi? Zehmet olmasa bu suallar barede mene etrafli yazin.
Cavab: 

Aleykum salam.
1) Şəriətə görə yuyunmaq və ya yatmaq orucu pozmur.
2) Cənazə namazı dörd təkbirdən ibarətdir. Cənazə namazında rüku və səcdə olmur. Yəni ancaq qiyam (ayaq üstə) halında "Allahu Əkbər" (Allah ən böyükdür) deyərək birinci təkbiri gətirdikdən sonra əl-Fatihə surəsini oxumaq:

əl Fatihə surəsi:
Bismilləhir-rahməni-rahim.
"1. əl Həmdu liləhi rabbi-l-aləmin, 2. ər Rahməni-r-rahim, 3. Məliki yəvmi-d-din, 4. İyyəkə nə'budu va iyyəkə nəstəin, 5. İhdinə-s-sirata-l-mustəqim, 6. Sirata-l-ləzinə ənamtə aleyhim, ğayri-l-məğdubi aleyhim, valə-d-dallin". (əl-Fatihə, 1-6).

Mənası: Mərhəmətli və Rəhmli Allahın adı ilə!
"Həmd olsun aləmlərin Rəbbi Allaha, Mərhəmətli və Rəhmliyə, Haqq-hesab gününün Hökmdarına! Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik. Bizi doğru yola yönəlt – nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) deyil!" (əl-Fatihə, 1-6).

Daha sonra eyni qaydada ikinci təkbir deyilir və Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salavat oxunur:

 "Allahummə salli alə Muhəmmədin va alə əəli Muhəmməd, kəmə salleytə alə İbra­himə va alə əli İbrahimə, innəkə həmi­dun məcid. Allahummə bərik alə Muhəm­mədin va alə əəli Muhəmməd, kəmə bərak­tə alə İbrahimə va alə əli İbrahimə, innəkə həmidun məcid"
 
Mənası: "Allahım! İbrahimə və İbrahimin ailə­sinə xeyir-dua verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də xeyir-dua ver! Şüb­həsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöh­rətlisən! Allahım! İbrahimə və İbrahimin ailəsinə bərə­kət verdiyin kimi, Muhəmmədə və Muhəmmə­din ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən Tərifə layiqsən, Şan-şöh­rətlisən!"
Daha sonra üçüncü təkbir deyilir və meyit üçün bu dualardan biri oxunur: Cənazə namazında meyit üçün oxunan dua
Duanı oxuyub qurtardıqdan sonra dördüncü təkbir deyilir və "əssələmu aleykum va rahmətullahi - sizin üzərinizə Allahın salamı və rəhməti olsun" deyərək başı sağ çiyin tərəfə çevirərək salam verilir. Bununla da cənazə namazını bitirmiş olur. 
3) Hökm Allahındır. Hər bir müsəlman bacardığı qədər, yəni imkan olduqda insanları Allahın yoluna dəvət etməyə çalışmalıdır. Kim istəyir qəbul etsin, kim istəyir qəbul etməsin, bu onun öz işidir. Dində məcburiyyət yoxdur. Uca Allah buyurur: "...Hökm ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru (həqiqi) din budur, lakin insanların çoxu (bu həqiqəti) bilməz!". (Yusuf, 40).
" ...Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!" (Yusuf, 67).

Həmçinin, bilmək lazımdır ki, Allahın yoluna dəvət edən ayırd edici qismində yox, xilasedici kimi çıxış edir. Uca Allah peyğəmbərləri insanlara mərhəmət olaraq göndərmişdir ki, onların vasitəsilə insanları zəlalətdən xilas edib onları doğru yola gətirsin. Uca Allah Peyğəmbərimizə xitab edərək belə buyurur: "Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən. Sən onların üstündə hökmdar deyilsən. Lakin üz döndərib küfr edəni, Allah ən şiddətli əzabla cəzalandırar. Şübhəsiz ki, onların dönüşü Bizədir. Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir". (əl-Ğaşiyə, 21-26).
Bu mübarək ayələrdə Uca Allah öz Peyğəmbərinə insanlara yalnız nəsihət etməyi, yəni Allahın dinini öyrətməyi əmr edir və qəbul etmədikləri təqdirdə insanlara hökm etməyi Özünə aid edir. Həmçinin, Qiyamət günü onların sorğu-sualını da Özünə aid edir. Buna görə də Allahın yoluna dəvət edən öz yerini bilməli və Allahın işinə qarışmamalıdır.    
4) Bəli, sünnət namazlarında səcdədə öz sözlərinlə Allah Təalaya istədyin qədər bol-bol dualar edə bilərsən.

Paylaş: