Yalnız Sübh namazını qılmaq olarmı?

    12.04.2023
Kimdən: 
Könül
Sual: 
Salam. Sadece sübh namazlarini qilsam olar?
Cavab: 

Va aleykum Salam. Yalnız Sübh namazını qılıb digər namazları qılmamaq böyük günahdır. Uca Allahın insanlara gündə 5 dəfə namaz qılmağı əmr etmişdir. İbn Abbasdan (Allah ondan razı olsun) "Namazın gündə 5 dəfə qılınmasına aid Quranda ayə varmı?"- deyə soruşduqda, o: "Bəli" - demiş və aşağıdakı ayələri oxumuşdur: "Odur ki, siz axşama çatanda (məğrib və işa namazları) və səhərə çıxanda (sübh namazı) Allahın şərəfinə çoxlu tərif söyləyin. Göylərdə və yerdə həmd Ona məxsusdur. Axşam çağında da (əsr namazı), günortaya yetişəndə (zöhr namazı) də Onun şərəfinə təriflər deyin!" (ər-Rum, 17-18).
Həmçinin oxuyun: 

Teqlər: 
Paylaş: