Məzhəbə uyğun namaz qılmaq olarmı?
Sual:
əs Səlamu aleykum Henefi mezhebe göre namaz qilmaq olar?
Cavab:
Va aleykum Salam. Məzhəblər arasında namazın qılınma qaydasında çox cüzi fərq var. Bu fərq namazın rükn və vaciblərində deyil, namazın sünnələrindədir. Odur ki, istənilən məzhəbə görə namaz qılma qaydası demək olar ki eynidir. Məsələn: Hənəfi məzhəbinə görə namaza qalxarkən əllər göbəyin üzərində bağlanır. Lakin bu barədə rəvayət olunan hədis zəifdir, səhih hədisə görə əllər sinənin üzərində bağlanır. Odur ki, sizə namazı məzhəbə görə deyil Peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) rəvayət olunan səhih hədislərə əsasən qılmağı məsləhət görürük. Ətraflı oxuyun: