Suya qənaət etmək məqsədilə dəstəmaz əzalarını bir dəfə yumaq olarmı?
Sual:
Salam aleykum. Suya israf etməmək üçün ağzıma və burnuma 1 dəfə su alıram və üzümə də 1 dəfə su vururam. Belə etmək olar? Yoxsa etməyim bir daha?
Cavab:
Va aleykum Salam. Dəstəmaz alarkən dəstəmaz əzalarını üç dəfə yumaq müstəhəb, bir dəfə yumaq isə vacibdir. Üç dəfədən artıq yumaq isə israf sayılır. Su az olduğu hallarda suya qənaət etmək məqsədilə bir dəfə yumaq məsləhətdir. Əgər su boldursa, bu halda dəstəmazı gözəl şəkildə almaq üçün dəstəmaz əzalarını üç dəfə yumaq müstəhəbdir.