Dinimiz kin saxlamaq barədə nə buyurur?

    11.07.2023
Sual: 
Salam Aleykum,kinli insan kime deyilir ve kinle bagli umumiyyetle hedislerde ne deyilib?
Cavab: 

Va aleykum Salam. Dinimiz insanlara qarşı kin saxlamaqdan çəkindirmiş, əksinə haqsızlığıa məruz qalmış olsa belə insanları bağışlamağı, pisliyə yaxşılıqla qarşılıq verməyi buyurmuş və bu xislətin müttəqilərə xas olduğunu bildirmişdir. Uca Allah bu xüsusda buyurur: "O müttəqilər ki bolluqda da, qıtlıqda da mallarından Allah yolunda xərcləyər, qəzəblərini boğar və insanları bağışlayarlar. Allah yaxşı iş görənləri sevər" (Ali-İmran, 134). İbn Kəsir bu ayənin təfsirində belə demişdir: "Sonra Uca Allah buyurur: “...və insanları bağışlayarlar”, yəni insanlara pislik etməməklə yanaşı, onlara qarşı haqsızlıq edənləri bağışlayarlar. Heç kimə qarşı qəlblərində kin-küdurət qalmaz. Bu, insanın ola biləcəyi ən mükəmməl haldır. Bu səbəbdən Uca Allah buyurur: Allah yaxşı iş görənləri sevər”. Onların bu etdikləri də yaxşılığın yüksək dərəcələrindəndir. Bir hədisdə belə buyrulur: “Üç şey var ki, onlara görə and içərəm. Bunlar: sədəqə verməklə mal azalmaz, qul bağışladıqca Allah onun izzətini artırar, Allah üçün təvazökarlıq edəni Allah ucaldar”. (Əhməd (7205).

Uca Allah Cənnət əhlini vəsf edərək onların qəlblərindən dünyada ikən bir-birlərinə qarşı olan kin-küdurəti çıxaracağını bildirir: "Biz onların kökslərin­də­ki kin-kü­durəti çıxaracağıq. On­ların ayaqları al­tından çay­lar axacaq. Onlar deyəcəklər: “Bi­zi buna qo­vuş­duran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etmə­səydi, biz özü­müz doğru yola yönələ bilməzdik. Əlbəttə, Rəbbi­mizin el­çi­ləri haq­qı gətirmişdi­lər”. Onlara belə xitab ediləcək­dir: “Əməl­lə­ri­niz sayəsində va­ris oldu­ğu­nuz Cən­nət budur!" (əl-Əraf, 43). Həmçinin oxuyun:
Paylaş: