Xəstəlik səbəbindən oruc tuta bilməyən nə etməlidir?
Sual:
Salam Aleykum bagisliyin narahat edirem men 16 yasimdan namaz qiliram ve artiq 28 yaşım var bilmek isdiyirem ki indi fikirlesirem ki o vah namaz qilanda bilmeden sef gunah etmisem bilmediyim halda etdiklerim gunah sayilir namazim BATIL olur xayis cvb versiz? Birde bogazimda linfa vezi şişdi animiya xesdesi kimi diyaqnoz qoyulub qanim azdi oruc TUTA bilmirem bununda xayis edirem cavabin yazardiz.
Cavab:
Va aleykum Salam.
1) Bilmədən edilən günahlar bağışlanır. Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, 5).
Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurub: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (əl-Buxari 22). Ətraflı oxuyun:
Bilmədən səhv bir əməli etmək günahdırmı?
Bilmədən və ya bilərəkdən edilən günahlar bağışlanırmı?
2) Allah sizə şəfa versin. Bu cavabı oxuyun:
Xəstəlik səbəbi ilə oruc tutmamaq haqqında
Ramazanda oruc tuta bilmədiyim günlərə görə kəffarə verə bilərəmmi?