Qadın ərini gözləmədən namaza başlaya bilərmi?
Sual:
Salam alekum.Aile bir arada olduğu zaman qadın yoldaşını gözlemeden namaza başlıya bilermi? Hetda küsülü olsalar bele
Cavab:
Va aleykum Salam. Ailə bir arada olarsa, namazı camaat şəklində bir yerdə qılmaq daha üstündür. İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Camaat namazı tək qılınan namazdan iyirmi yeddi dərəcə üstündür" (əl-Buxari: 647; Muslim: 650). Əgər namazı ayrı-ayrı qılmış olsalar namazları səhihdir, lakin daha fəzilətli olanı (camaat namazının fəzilətini) tərk etmiş olurlar. Əgər ailə başçısı qadından namazları camaat şəklində qılmağı tələb edirsə, qadın ona itaət etməlidir. Həmçinin oxuyun: