Boşanmış qadın kəbin kəsdirərkən vəlisinin izni lazımdırmı?

    27.07.2023
Kimdən: 
NURUŞ
Sual: 
Salam men evli olub bosanmisam yasim 30 onunda yasi 37 ve evlidi menle daimi kebin isteyir sizce men razilig versem arvadi olacam?onun yoxsa gunahdi arvadi bilmir hecneyi uje 5aydi biryerdeyik ozude hecidi mene komeklik edin
Cavab: 

Va aleykum Salam. Kəbin olmadan bir qadının naməhrəm kişi ilə yaşaması haramdır və bu zina sayılır. Buna görə qadın və kişi tövbə etməlidirlər. Ətraflı oxuyun:


Kəbin kəsərkən qadının icazəsinin olması kifayət etmir. Qadın boşanmış olsa belə, onunla kəbin kəsdirmək üçün qadının vəlisinin (atasının, qardaşının və s.) izni və iki şahid olmalıdır. Ətraflı oxuyun:

Nikah bağlamağın qaydaları

İslama görə ərə gedən qızın vəlisi kimlər ola bilər?

Evli kişi başqa bir qadınla vəlinin (qadının himayədarının) izni ilə kəbin kəsdirə bilər və bunun üçün kişi birinci arvadından icazə alması şərt deyil. Ətraflı oxuyun:

Teqlər: 
Paylaş: