Namaz qılmayan adam buna görə başqasını günahlandıra bilərmi?
Və aleykum Salam. Hər bir insan etdiyi günah əməllərə görə özü cavabdehdir və həyat yoldaşınızın namaz qılmamaqda sizi və ailənizi günahlandırması düzgün deyil. Uca Allah buyurur: "Heç bir günahkar başqasının günah yükünü daşımaz". (ən-Nəcm, 38).
"Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz...". (əl-İsra, 15). Belə vəziyyətdə ailənizi qorumaq və ərinizin bu əməldən çəkinməsi üçün ilk növbədə Uca Allaha çoxlu dua etməli, namazlarda, həmçinin gecə namazlarında duaları çoxaltmalısınız. Daha sonra isə ərinizə gözəl əxlaqla nəsihət edin. Bu zaman ciddi düşünüb götür-qoy edin, şeytanın sizə vəsvəsə verərək özünüzdən çıxarmasına şərait yaratmayın. Ona görə də hər bir hərəkəti və ağızdan çıxan kəlmələri düşünmək lazımdır. Allah sizə kömək olsun! Ətraflı bu cavabları oxuyun:
Əri zina edən qadının namazı batildirmi?
Əri naməhrəmlərlə danışan qadın onu necə çəkindirə bilər?
Qadın zina edən və ailəisilə maraqlanmayan kişidən boşana bilərmi?