Namazı düzgün qılıb-qılmadığımı bilmək istəyirəm

    20.08.2023
Kimdən: 
Nailə
Sual: 
Salam, xaiş edirəm mənim sualarımı cavablayasınız, mən sizə necə namaz qıldığımı burda izah edəcəm, sizdə səfdirmi, düzdürmü zəhmət olmasa fikir bildirərdiniz, əvvələr niyyəti dil ilə deyirdim artığ qəlbimdə niyyət edib təkbir edərək Allahu Əkbər deyib başlayacam, təkbir edərək Allahu əkbər deyirəm həmd, ixlas deyirəm sonra yenə təbrik edirəm, rukuya gedirəm 3 dəfə subhanallah deyirəm , dikəlirəm yenidən təkbir edirəm və gedirəm səcdəyə 3 dəfə sübhanallah deyirəm, otururam Allahu əkbər deyirəm yenə səcdəyə gedirəm, qalxıram yenidən iki rikət həmd ixlas iki rəkətdə isə təsbihəti ərbə və səcdəyə gedərkən də sağ ayağımı sol ayağımın üzərinə qoyub sağ ayağımın baş barmağını yerə düz qoyuram,
Cavab: 

Və aleykum Salam. Niyyəti qəlbdə etməyiniz doğrudur. Təkbir gətirib əl-Fatihə surəsini, ardınca əl-İxlas surəsini deməyiniz də doğrudur. Sonra təkbir gətirib rükuya gedirsiniz. Rükuda "subhənəllah" deməyiniz doğru deyil. Rükuda 3 dəfə "Subhənə Rabbiyəl-Əzim" deyilir. Rükudan qalxarkən "Səmiallahu limən həmidəh", tam dikəldikdə isə "Rabbənə və Ləkəl-Həmd" deyilir. Sonra təkbir gətirib səcdəyə gemək lazımdır. Səcdədə 3 dəfə "Subhənə Rabbiyəl-Əla" deyilir. Sonra təkbir gətirib səcdədən qalxmaq və iki səcdə arasında oturarkən 2 dəfə "Rabbiğfirli" deyilir. Sonra təkrar təkbir gətirib səcdəyə getmək və əvvəlki səcdədə deyilən zikri təkrar demək lazımdır. Sonra təkbir gətirib ikinci rükətə qalxmaq lazımdır. İkinci rükət də eynilə birinci rükət kimi qılınır. İkinci rükətin sonunda təşəhhüd deyilir. Üçüncü və dördüncü rükətlərdə də əl-Fatihə (həmd suərə) surəsi deyilir. əl-Fatihədən sonra əl-İxlas surəsi deyilmir. Namazın qılınma qaydasını ətraflı bu linklərdən oxuyun:


Teqlər: 
Paylaş: