Böyük günahlardan çəkinən qəbir və Cəhənnəm əzabı görəcəkmi?
Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu.
1) Bu cavabı oxuyun:
ət-Tabəri Əbu Hureyra və Əbu Səiddən (Allah onlardan razı olsun) rəvayət etmişdir ki, bir gün Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə xütbə verdi və xütbəsində üç dəfə: “Canım əlində olana and içirəm”- deyərək başını aşağı salıb ağladı. Biz də başımızı aşağı salıb ağladıq. Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) nəyə görə and içdiyini bilmirdik. Sonra başını qaldırdı. Üzündə bir sevinc və müjdə vardı. Peyğəmbəri (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə halda görmək bizə qırmızı dəvələrdən daha sevimli idi. Sonra belə dedi: “Beş vaxt namazı qılan, Ramazan orucunu tutan, zəkat verən və yeddi böyük günahdan çəkinən elə bir qul yoxdur ki, onun üçün Cənnət qapıları açılaraq ona: “Sağ-salamat daxil ol!”- deyilməsin”. (ən-Nəsəi “Sunən” 2395, 2438; əl-Hakim, 2943)". Ətraflı oxuyun: