Üzərimdə ölən insanın maddi haqqı qalıbsa onunla necə halallaşmaq olar?
Sual:
Salam, Ölen kesden nece halallıq almaq olar? meselen, (ona aid olan torpaqda ev tikilib ama iller sonra xeber tutmuşuq hallalıq alınmayıb ne etmeliyik? deyirler 40 gün yasin oxunmalıdır bu (gün) olaraq nezerde tutulub yoxsa 40defe yasin?
Cavab:
Və aleykum Salam. Əgər ölən insana maddi cəhətdən haqsızlıq olarsa, bu halda ölən insanın varislərindən halallıq almaq lazımdır. Həmçinin ölən insan üçün Allahdan bağışlanma diləyib onun üçün dua edə bilərsiniz. Ölü üçün Yasin oxutmağa gəlincə, bu dinimizə sonradan əlavə olunmuş bidət əməllərdəndir və bu əməlin ölü üçün heç bir faydası yoxdur. Ətraflı oxuyun: