Övladın ölümü valideynin günahına görə ola bilərmi?
Və aleykum Salam. Uca Allahdan vəfat etmiş övladınıza rəhmət, sizə isə səbir diləyirik! Şübhəsiz insanın başına gələn hər bir şey Uca Allahın qəzavü-qədəri ilə olur. Bu dünya sınaq dünyasıdır və Uca Allah qullarını müxtəlif müsibətlərlə imtahan edir. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır". (əl-Bəqərə, 155-157). Allah sizə səbr versin! Bu barədə daha ətraflı:
Səbir edənlərə müjdə ver!
Mömin bir insanın ziyana düşməsi onun günahlarına görədirmi?
Allah insanları hansı şəkildə imtahan edir?
Qədərə iman gətirməyin faydaları