İnsan adını dəyişməklə cadudan qoruna bilərmi?

    06.09.2023
Sual: 
Evimizdən cadu tapılıb. Cadu mənə mənim köhnə əşyama olunub. Zənn edirəm ki ailə qurduğuma gözü götürməyənlər bunu edib ki yuvam dağılsın. İllərdi namaz qılıram, hər gecə dualar oxusamda sanki bu ağırlıq üstümnən çıxmır. İslam adımı dəyişmək fikri gəlir ağlıma və buna çox yaxın gələcəkdə gərçəkləşdirmək niyyətindəyəm. Sənədlərdə adım dəyişilməyəcək. İslam adımı ata anadan başqa heçkəsə deməyəcəyəm.İslamda icazəli oldugunu bilirəm. Bu halı valideynlərimədə bildirmişəm. Olarda bu məsələdə öz rızalarını veriblər. Lakin mənim dini kəbinim var. Əgər mən dini adımı dəyişdirsəm kəbinim etibarlığını itirər mi? Yoxsa bele hallarda ikili ad götürməyi məsləhət görərsiniz?
Cavab: 

Əssələmu aleykum. Dinimiz bizə cadunu necə batil etməyi öyrədib. Bu barədə ətraflı oxuyun:

Evdən cadu tapıldıqda nə etmək lazımdır?


Ad dəyişməyə gəlincə, ad dəyişmək cadudan qorunmaq üçün səbəb sayılmır. Yaxşı olar ki dinimizin buyurduğu dua və zikrlərlə caduda qorunasınız. Ətraflı oxuyun:

Allahın kəlamı ilə müalicə
Cadudan necə qorunmaq olar? 
Bəzi ruqyə ayələri

Teqlər: 
Paylaş: