Əsr namazını yolda qılmaq çətinlik yaranırsa Əsri tezləşdirib Zöhr namazının vaxtında qılmaq olarmı?

    30.11.2023
Kimdən: 
Madina
Sual: 
Salam.Menim bir sualım var idi.Demeli 2 saat yarımlıq yol gedecem ve esr namazını qıla bilmirem yolda olduöum üçün,ve şearit olmadığı üçün.Esr namazlnl axşam namazı ile bir qılsam olar?ya da esr namazını vaxtından evvel qılsam olar?
Cavab: 

Və aleykum Salam. Əgər Əsr namazını yolda qılmaq mümkün deyilsə, bu halda Əsri tezləşdirib Zöhr namazının vaxtında qılmaq olar. Eyni ilə Məğrib və İşa namazlarını da bu hallarda belə etmək olar. Bu barədə daha ətraflı buradan oxuyun:

Zərurətdə namazı birləşdirmək olarmı?
Səfər namazı necə qılınır?
Namazları hansı hallarda birləşdirib qılmaq icazəlidir?

Teqlər: 
Paylaş: