Qardaşım namazı tez qıldığı üşün xuşu ilə qıla bilmirəm, namazı ayrı qıla bilərəmmi?

    06.12.2023
Kimdən: 
Munzir
Sual: 
Qardaşım evde namazda İmam durur və Qurandan ən çox bilende yaşca böyükdə odur.Lakin qardaşım namazda tənbəllik edir sürətli qılır,zikrləri azaldır və bu halda xuşu ilə namaz qılmaq çətin olur. Ona nəsihət etsemde xeyri yoxdur. Bu halda mən tək namaz qılıram oda ayrı buna görə günah qazanıriq ? cəzakAllahu xayran
Cavab: 

Əssələmu aleykum. Cammat namazının böyük fəziləti və savabı olduğu üçün fərz namazlarını camaatla qılmağa çalışmaq lazımdır. Sözsüz ki, namazı xuşu ilə qılmaq çox önəmlidir. Xuşu namazın ruhudur. Camaat namazının fəzilətini buraxmamaq üçün qardaşınıza nəsihət etməkdə davam edin və ona namazı xuşu ilə qılmağın fəzilətini başa salın. Ətraflı oxuyun:

Teqlər: 
Paylaş: