Dəstəmaz alarkən insana gələn "quru yer qaldı" vəsvəsəsi şeytandandır?

    06.02.2024
Sual: 
Əssəlamu əleykum.•qeyri-müsəlmanlar bizə şübhə kimi gətirirlər ki,sizin Allahdan qorxaraq etdiyiniz əməlləri biz insanlıq xətrinə edirik.biz onlara nə cavab verək? •Əgər namaz qılmısansa,və vaxtı artıq keçıbsə,daha sonra yadına düşüb ki,dəstəmazın yox idi.o namaz yenidən qılınır? •Məsəl üçün dəstəmaz alarkən bizə elə gəlir ki,üzünü tam yumadın.bəs biz haradan bilə bilərik ki,bu vəsvəsədir?Yoxsa bəlkə bu biz öz səhvimizi düzəltmək üçündür? •mən hazırlığa görə namaza vaxtına 10 dəqiqə qalmış gəlib çatıram.bu mənə günah yazılır?hazırlıqdan qabaqda qıla bilmirəm,çünki vaxtı hələ girmir. •bəzən evdəkilər ilə mübahisəm olur ona görə də özüm gedib ayrıca namaz qılıram,yəni onlarla qılmaq istəmirəm
Cavab: 

Və aleykum Salam. 

1) Bu cavabı oxuyun:


2) Dəstəmazsız qılınan namaz batildir. Odur ki vaxtı keçmiş olsa belə, bu namazı yenidən qılmalısınız.


3) Dəstəmaz alarkən insana gələn "quru yer qaldı" vəsvəsəsi şeytandandır və belə vəsvəsələrə fikir verməmək, dəsətmazı davam edib tamamlamaq lazımdır. Ətraflı oxuyun:

Təmizliklə bağlı gələn vəsvəsələrdən necə xilas olum?


4) Çıxmağına bir dəqiqə qalmış belə qılınan namaz vaxtında qılınmış sayılır. Həmçinin oxuyun:


5) Namazları camaatla qılmağın böyük fəziləti olduğu üçün çalışın tək qılmayasınız. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Camaatla qılınan namaz tək qılınan namazdan iyirmi yeddi dərəcə daha fəzilət­li­dir". (Muslim, 1509). 
Paylaş: