Namzdan sonra zikr və dua etməsəm günah qazanırammı?
Sual:
Salam. Mən hər bir namazdan sonra dualar və zikirlər edirəm sonrada Allaha dualar edirəm. Bəzən halsız oluram deyirəm ki qalsın o biri namazımı qıldıqdan sonra oxuyaram. Belə olduqda günah etdiyimi və ya səhv etdiyimi düşünürəm. Günahdırmı hər dəfə oxuyub bir dəfə oxumamaq?
Cavab:
Və aleykum Salam. Namazdan sonra zikr və dua etmək müstəhəbdir, vacib deyil. Odur ki, namazdan sonra zikr etməmək günah sayılmır. Ətraflı oxuyun:
Salam verib namazı bitirdikdən sonra edilən zikrlər
Namazdan sonra hansı zikrlər edilir və onlar vacib sayılırmı?