Övladlarına pis nümunə olan kişinin həyat yoldaşı necə davranmalıdır?
Sual:
Salam aleykum. Müsəlman bir qadın hansı ki, islamı layiqincə yaşamağa çalışır və həmçinin övladlarını da bu üzrə yetişdirməyə çalışır. Yoldaşı isə namazlarını diqqət etmir,yalan danışır qılıram deyir. Amma ancaq iş güc barəsində fikirləşir. Övladlarına düzgün nümunə olmur. Nə quran oxuyar nə də islami bir şey eder. Uşaqlar onun namaz qaldığını görməz. Ana isə övladlarını bucür yetişdirmək istəmir. Belə halda ana Nə etməlidir?
Cavab:
Və aleykum Salam. Belə halda qadın səbir etməli və öz həyat yoldaşına nəsihət etməlidir. Əgər qadının nəsihətini qəbul etməsə, qoy sözünü eşidib dinlədiyi mötəbər insanlara müraciət etsin və onlar ona nəsihət etsinlər. Ətraflı oxuyun:
İman gətirməyən bir şəxsə görə ailə üzvləri günah qazanırmı?