Namazın vaxtı çıxmamış heyzdən təmizlənən bu namazı qılmalıdırmı?

    03.05.2024
Sual: 
Salam əleykum.Sualıma görə üzr istəyirəm,əgər işa namazının vaxtı girəndən sonra heyz bitsə,qüsl aldıqdan sonra həm məğribi həmdə işanı qılmalıyam? Birdə məsəl üçün, namazın vaxtının girməsinə az qalıb və heyz bitibsə,lakin qüsl alana qədər artıq namazın vaxtı çıxırsa,bu günah yazılır? Bədəndə tüklərin çıxmasının qarşısını almaq icazəlidir?bir yağ varki,onu çəkəndə tüklərin çıxmasını ya birdəfəlik alır,yada uzun müddətlik.bundan istifadə etmək olar? Heyzin müəyyən müddəti var?10 gündən artıq olsa,heyz sayılır?Evin içində pişik saxlamaq olar?Zinanın cəzası kişi və qadın üçün eynidir? Mən Quran əzbərləyərkən YouTubeda videolar varki,eyni ayə 10dəfə təkrar gedir.belə öyrənmək icazəlidir?
Cavab: 

Və aleykum Salam. 

1) Bu cavabı oxuyun:


2) Əgər qadın hansısa bir namazın vaxtı çıxmamış heyzdən təmizlənər sə, qüsl aldıqdan sonra namazın vaxtı çıxmış olsa belə, həmin namazı qılmalıdır. Qüsl etdiyi müddətdə namazın vaxtı çıxarsa buna görə günah qazanmır. 

3) Bədəndəki tüklərin bitməsinin qarşısını almaq üçün müəyyən vasitələrdən istifadə etmək icazəlidir. 

4) Heyzin müddəti barədə bu linki oxuyun:

5) Heyz ən çox on beş gün olur. Bu müddət ərzində gələn qanda heyz əlamətləri varsa, heyz sayılır. 

6) Bu cavabı oxuyun:


7) Zinanın cəzası həm kişi, həm də qadın üçün eynidir. Ətraflı oxuyun:


8) Bəli, Quran əzbərləyərkən eyni ayəyə dəfələrlə qulaq asmaq icazəlidir. 
Paylaş: