Zahılıq dövründə (nifas halında) hansı ibadətləri etmək olar?

    21.05.2024
Kimdən: 
Tamasa
Sual: 
Salam, zahılıq dövründe hansı ibadetleri etmek olar ve zikr edilerse sevabı, fezileti eyni derecede olur?
Cavab: 

Və aleykum Salam. Zahılıq dövrü dedikdə yəqin ki, doğuşdan sonrakı nifas dövrünü nəzərdə tutursunuz. Nifas - doğuşdan sonra qadından qan gələn dövrdür. Nifas dövründə qadın namaz qılmır və oruc tutmur. Zikr və duaları isə etmək icazəlidir. Heyz halı da nifas kimidir. Nifas dövründə edilən zikrlə digər vaxtlarda edilən zikrin eyni fəziləti var. Bu barədə ətraflı oxuyun:

Paylaş: