Qadın heyz və nifas halında oruc tuta bilərmi?

    14.08.2019
Kimdən: 
Eylül
Sual: 
Salam aleykum. Bezi dini bilikler ile mesgul olan adamlar deyirler ki, qadin, heyzli iken oruc tuta biler. Quskkun oruca hec bir dexli yoxdur. Deyirler ki,-Sadece,insanlar ozleri qadinlar barede olan bezi seyleri gizledirler ki,qadinlar bilmesinler. Heqiqeten heyz olarken oruc tutmaq olar? Qadin heyz olarken halı olmur,zeif olue deye oruc tutmaqdan azaddır,yoxsa ozunu yaxsi hiss eden qadin orucu tuta biler.bu dogrudur? Ramazan orucunu ele tutmaq olar heyzli iken,ya da nifas zad? 2. Birisi mene şer atıb,hamiya yalan dilan pisleyib,indi hami meni pis tanuyur,vezen Allah mene yeter deyirem,ama bir yandan da yetmir,isteyirem ki,hami bilsin ku,men pus deyilem,şer atiblar mene.ne nesihet ederdiz?
Cavab: 

Və aleykum Salam.

1. Qadının heyzli və nifaslı olduğu halda oruc tutması qadağandır. Uca Allah buyurur: "Səndən qadınların heyzini (aybaşı halını) soruşurlar. De ki, o, bir əziyyətdir. Onları heyzli ikən rahat buraxın; təmizlənənə qədər onlara yaxınlaşmayın. Təmizləndikdən sonra onlara Allahın əmr etdiyi yerdən yaxınlaşın. Allah tövbə edənləri də, tərtəmiz olanları da sevər". (əl-Bəqərə, 222).
Ayədəki "təmizlənənə qədər onlara yaxınlaşmayın" əmri heyz halında olan qadının təmiz hesab edilmədiyini bildirir. Qadın heyz, eləcə də nifas halında təmiz sayılmadığına görə onun namaz qılmağı və oruc tutmağı qadağan edilmişdir. Buna görə də onlar Ramazanda tutmadıqları günlərin orucunu qəza etməlidirlər. Aişə (Allah ondan razı olsun) deyir ki, biz Peyğəmbərin (salləllahu aleyhi və səlləm) vaxtında heyz olarkən, tutmadığımız orucları qəza etmək əmr olundu, amma qılmadığımız namazları qəza etmək isə əmr olunmadı. (Səhih Muslim, 1/265, №: 335, Əbu Davud, 1/444, №: 259, №: 260. ət-Tirmizi, 2/141, №: 784, ən-Nəsai, 4/191). Həmçinin oxuyun:
Heyz və nifas səbəbi ilə haram olan əməllər
Heyz olan qadınlar oruc tutmadığı günlərin qəzasını ramazandan sonra tutmalıdırlarmı?

2. Bu cavabları oxuyun: Böhtana məruz qalan nə etməlidir?

Paylaş: