Boynunda heyz və ya cənabət qüslü olan şəxs əzbərdən Quran oxuya bilərmi?
Sual:
Salam, bir işə Ya Allah deyə başlamaq o işin uğurlu alınmasına səbəb ola bilər?
Bir də boynunda heyiz və ya cənabət qüslü olan şəxs əzbərdən ixlas Fatiha surəsini, ayetul kürsün oxuya bilər?
Cavab:
Və aleykum Salam.
1) Bir işə Allahın adı ilə başlamaq bu işin uğurlu olmasına səbəbdir. "Ya Allah" deyən insan gördüyü işdə Allahdan yardım diləmiş olur. Ətraflı oxuyun:
2) Cənabət halında Quran ayələrini əzbərdən oxumaq qadağandır, çünki cənabət halını aradan qaldırmaq insanın öz əlindədir. Heyz halında isə əzbərdən Quran oxumaq icazəlidir, çünki heyz halını aradan qaldırmaq insanın özündən asılı deyil. Ətraflı oxuyun: