Cümə qüslünü Sübh azanından əvvəl almaq olarmı?

    15.08.2024
Sual: 
Salam üzr istəyirəm sualıma görə axşam həyat yoldaşıyla əlaqədə olduğuna görə cünub olmuş şəxs səhər oyananda qüsul alıb sübh namazını qəza olaraq qılmalıdı? Yoxsa qəza olmur? Və səhəri günü cümə olduğu üçün cümə qüsulu alacaq.Cümə qüsuluda sübh azanıbdan sonra alına bilər.Sübdən qabaq oyanıb qüsul alsa namazdan sonra birdə cümə qüsulu almalıdı buna ehtiyac varmı?
Cavab: 

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, istənilən namazı qəzaya saxlamaq böyük günahdır. Bu barədə ətraflı oxuyun:


Gecə cunub olan kişi və ya qadın Sübh namazının vaxtı çıxmamış oyanıb qüsl etməli və namazı vaxtında qılmalıdır. Əgər yatıb qalarsa, bu halda namazın vaxtı keçmiş olsa belə, oyanan kimi dərhal qüsl edib namazını qılmalıdır. Ətraflı oxuyun:

Cümə qüslü Cümə günü Sübh namazının vaxtı girəndən sonra (azandan sonra) alınır. Cənabət qüslünü Sübh azanından əvvəl alan şəxs Cümə qüslü də almaq istəyirsə, Sübh azanından sonra cümə qüslü niyyəti ilə yenidən qüsl almalıdır. Ümumiyyətlə, Cümə qüslü cüməyə gedən üçün müstəhəbdir, vacib deyil. Cüməyə getməyənlər isə cümə qüslü almırlar. Ətraflı oxuyun:
Paylaş: