Ağır dərmanlar qəbul etdiyim üçün namazları saxlaya bilərəmmi?

    15.08.2024
Sual: 
Salam mən dinə çox bağlı insanam oruclarıda tuturam qədr gecələrinədə otururam və sayrə amma mən namaz qılırdım bir neçə aydıki alınmır həm sağlamlğm çox yerində deyil doğuşdan problemim var onun çün ağır dərmanlar içirəm hansıki halsızdığ və yuxulu edir həmdə çatdıra bilmirəm ilk başda çox qorxurdum amma düşünürəmki namaz qıla bilməsəmdə yaxşı insan olmağım yetərlidi hər şeyi yoluna qoyub başlıyaram namaza bunun günahı çox böyükdür?
Cavab: 

Və aleykum Salam. Uca Allahdan sizə kamil şəfa diləyirik. Namaz elə bir ibadətdir ki, ağlı başında olan hər bir insan istənilən halda, namazı bacardığı şəkildə qılmalıdır. Ayaq üstə qıla bilməyən oturan yerdə, oturan yerdə qıla bilməyən isə uzandığı yerdə namazı qılmalıdır. Namaz qılmamaq və ya namazı tərk etmək böyük günahdır. Çətin anlarda namaz tərk etmək olmaz, əksinə, namaz qılmaqla və səbir etməklə Allaha dönmək lazımdır. Uca Allah buyurur: "Səbir etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Həqiqətən, bu, (Allaha) itaət edənlərdən başqa (hamıya) ağır gəlir". (əl-Bəqərə, 45). Yaxşı insan olmaq namazı tərk etməyə əsas vermir. Ətraflı oxuyun:

Teqlər: 
Paylaş: