İkinci rükətdən üçüncü rükətə qalxdıqda təkbir nə zaman deyilir?
Sual:
Salam Aleykum və rahmətullah Allah subhən və taələ sizdən razı olsun.Bir neçə sualım olacaq.1) 2-ci rükətdən 3 ə qalxanda Allahu əkbəri qalxa-qalxa deyirsən yoxsa tam dik dayanıb sonra deyilir? 2) Ələ kraska kimi olan ağ iz düşsə(yəni kraska kimi maddə idi) üstündə su düşsə yuyulsa,dəstəmaz səhihdir? Namazda artıqdan söz desən bu zaman səhv səcdəsi edilir?
Cavab:
Və aleykum Salam.
1) İkinci rükətin təşəhhüdünü bitirdikdən sonra üçüncü rükət üçün ayağa qalxıb, tam dikəldikdən sonra təkbir gətirmək lazımdır.
2) Ələ dəyən boya və ya hər hansı yapışqan maye su ilə yuyulub gedirsə, dəstəmaz səhihdir. Əgər maye suyun dəriyə çatmasına mane olursa, yapışqan maddəni yuyub təmizləmək sonra dəstəmaz almaq lazımdır. Həmçinin oxuyun:
3) Namazda qəsdən artıq söz demək namazı batil edir. Bilmədən dedikdə isə səhv səcdəsi edilir. Həmçinin oxuyun: