Yuxuda məni ifraz olarsa dəstəmaz alıb namaz qılmaq olarmı?
Sual:
Salam aleykum men gece yatanda istemeden meni ifraz oldu sabah oyananda ise evden isti su gelmirdi xestelenmekden qorxdugum ucun sadece ayib yerimi soyuq su ile temizleyib destemaz aldim ve namazimi qildim bu hal dogrudurmu eger dogru deyilse ne etmeliydim?
Cavab:
Və aleykum Salam. Yuxuda olarkən məni ifraz olması əgər şəhvətlə çox miqdarda gəlibsə, bu halda qüsl etmək vacib olur. Üzürlü səbəbdən (su olmadıqda və ya xəstələnməkdən qorxub və s. bu kimi) qüsl ala bilməyən kəs təyəmmüm etməlidir. Dəstəmaz almağınız doğru deyil, odur ki, qüsl etdikdən sonra bu dəstəmazla qıldığınız namazları təkrar qılın.
Əgər məni az miqdarda, şəhvətsiz gəlibsə, buna görə qüsl vacib deyil. Həmçinin oxuyun: