Heyz olduğunu zənn edib namazları üç gün qılmayan qadın bu namazları qəza etməlidirmi?
Sual:
Üzürlü sayın sualım üçün Aybaşı olduğumu zənn edirdim amma elə belə şey imiş və məndə 3gündür namaz qılmamışam bu günahdır?
Cavab:
Əssələmu aleykum. Əvvəla bunu qeyd edək ki, qadından gələn hər axıntı və ya qan heyz (aybaşı) sayılmır. Heyzin (aybaşının) müəyyən vaxtları və əlamətləri olur. Heyz vaxtından kənar digər vaxtlarda gələn qan və ya axıntı adətən xəstəlik səbəbindən olur. Bu hala "istihazə" deyilir. İstihazə halında yuyunub, dəstəmaz alıb namazları qılmaq lazımdır. Heyz olmayan hallarda səhvən buraxılan namazları ardıcıllıqla imkan tapıb qəza etmək lazımdır. Odur ki buraxdığınız namazları ardıcıl olaraq qəza edin. Həmçinin oxuyun: