Pirlərə və ziyarətgahlara gedib orada dua etmək doğrudurmu?

    18.11.2024
Kimdən: 
vvvv
Sual: 
Salam Aleykum. Mən sizdən dua etmək üçün məscidə yoxsa ziyarətgaha getməyin daha doğru olduğunu soruşmaq istəyirəm. Qayınanam bizi MirMövsüm Ağa ziyarətgahına aparıb qəbrinin ətrafında 3 dəfə kruq etdirərək Allaha dua etməyimizi deyir və orada xırda məbləğ olsada nəzir veririk. Bu günahdır? Yoldaşımın işi üçün məscidə dua etməyə getmək istəyirəm yoxsa ziyarətgahda Allaha dua etmək caizdir?
Cavab: 

Və aleykum Salam. Dua etmək üçün ziyarətgah adlandırılan yerlərə və ya pirlərə getmək doğru deyil. Çünki bu yerlər duanın qəbul olunduğu yerlər deyil. Dua ibadətdir və dinimiz bizə duanın hansı zamanlarda və hansı məkanlarda daha tez qəbul olunmasını bildirmişdir. Bu barədə ətraflı oxuyun:


Əksinə, pirlərdə və ziyarətgahlarda duanın daha tez qəbul olunmasını etiqad etmək bidət sayılır. Pirə gedib qəbir sahibinin özündən istəmək isə Allaha şərik qoşmaq və küfr sayılır. Bu barədə ətraflı oxuyun:
Paylaş: