Andın pozmağın üzərindən uzun müddət keçibsə kəffarə insanın üzərində qalırmı?
Sual:
ƏsSələmu Aleykum və Rahmətullah. Bir insan dəfələrlə andını pozubsa və andını pozması üzərindən illər keçibsə o kəffarə onun boynunda qalır, yoxsa sözlə Allahdan bağışlanma diləməklə kəffarə düşmüş olur?
Birdə andı və ya nəziri pozmaq böyük günahlardandı? Yoxsa kiçik günahlardan?
Və bir sualımda budurki, andı pozduqda əgər kəffarə olaraq yoxsulu doyuzdurmağa və ya geyindirməyə gücümüz çatmırsa, və nə vaxt gücümüz çatacağını bilmirik, məsələn 10 gün ya 20 gün sonra gücümüz çatacaqsa, bunu gözləməliyik? Yoxsa dərhal Oruca keçməliyik?
Cavab:
Və aleykum Salam. Üstündən uzun müddət keçməsinə baxmayaraq andın kəffarəsi insanın üzərində borc olaraq qalır və Allahdan bağışlanma diləməklə düşmür. İnsan hər pozduğu anda görə ayrıca kəffarə verməlidir. Günah olmayan bir işə görə and içənin andını yerinə yetirməsi vacibdir, andı pozmaq isə haramdır. Həmçinin nəzir də belədir. Günah olmayan bir işi nəzir edən şəxs nəzirini yerinə yetirməsi vacibdir. Əgər andı yerinə yetirmək istəyən şəxsin həmin vaxt on nəfəri yedizdirməyə və geyindirməyə imkanı yoxdursa, bu halda üç gün oruc tutur. Həmçinin oxuyun: