Heyzin bitməsinə əmin olmaq üçün əlavə bir gün gözləmək doğrudurmu?

    18.11.2024
Sual: 
1)Salam üzr istəyirəm heyzin bitib bitməməsinə əmin olmayıb bir gün daha gözləyib əmin olduqdan sonra qüsul alıb namaza başlayarkən o gözlədiyimiz bir günün qəzalarını qılmalıyıq yoxsa yox? 2ci sualım qüsul alarkən ilk baş və boyun hissəni duş altında yuyarkən su yuxarıdan gəlduyi üçün bədənin digər üzvlərinə də su dəyir bu düzgündürmü yoxsa baş hissəni başqa yerə su dəymədən ayrıca yumaqmı lazımdı? 3) tutaq ki məğrib namazından bir qədər sonra bir saat və ya bir neçə saat sonra heyz qüsulu aldıq və gəlib məğrib namazını qılmalıyıq yoxsa sabahsı günü sübh namazından başlamalıyıq qılmağa?
Cavab: 

Və aleykum Salam. 

1) Heyzin bitməyini bildirən əlamətlər var. Qan təmamilə kəsildikdən sonra ağ axıntı gələrsə, bu heyzin bitməsini göstərir. Bu əlamət baş verdikdən sonra qadın dərhal qüsl edib namazlarına başlamalıdır. Əlavə olaraq bir gün gözləməyə ehtiyac yoxdur. Qüsl etdikdən sonra gələn qəhvəyi ləkələrə isə fikir vermir. Odur ki əlavə gözlədiyi bir günün namazlarını qəza etməlidir. Həmçinin oxuyun:


2) Başı yuyarkən bədənin digər hissələrinə suyun dəyməsi icazəlidir. Bunda bir qəbahət yoxdur. Başı ayrıca yumağa ehtiyac yoxdur. Həmçinin oxuyun:

3) Heyz qüslü hansı namazın vaxtında alınıbsa o namazdan etibarən namazlar qılınmalıdır. Əgər Məğrib namazının vaxtında qüsl alınıbsa, demək Məğrib namazında etibarən namazlar qılınmalıdır. Ətraflı oxuyun:
Paylaş: