Bir namazın vaxtında heyzdən təmizlənən qadın əvvəlki namazı da qılmalıdırmı?

    16.08.2024
Sual: 
Əssəlamu əleykum. •Qadın namazın vaxtı girəndən sonra təmizlənərsə, o namazdan qabaqki namazıda qılmalıdır həmçinin?məsəl üçün, əsr namazının vaxtında təmizlənərsə,əsr ilə birgə zöhrüdə qılmalıdır? •mən Quran dinləməyi sevirəm,yəni sevdiyim,xoşum gəldiyi üçün dinləyirəm.bunda mənə savab yazılır? •qadın əlini xına ilə bəzəyibsə,bunu naməhrəm görəndə günah olur? •az uşaq(məsəl üçün 1,2) sahibi olmaq istəmək günahdır yoxsa məkruh,yoxsa insanın öz seçimidir? •bir fənni oxuyanda,öyrənəndə orada küfr,şirk sözlərə rast gələndə bunlarıda öyrənmək günahdır?məsəl üçün ədəbiyyat fənnini öyrənəndə. •vaxtımı çox israf edirəm lazımsız işlərə.Mənə məsləhət verərdiz zəhmət olmasa.
Cavab: 

Və aleykum Salam. 

1) Qadın hansı namazın vaxtında heyzdən təmizlənmişsə, o namazı qılmalıdır. Ondan əvvəlki namazları qılmır. Həmçinin oxuyun:


2) Bəli, Quranı dinləyən insana da savab yazılır. 


3) Naməhrəmlərin əllərini xına ilə bəzəyən qadının əllərini görməsi qadağandır. Həmçinin oxuyun:


4) İnsan istədiyi sayda uşağa sahib ola bilər. Bu, insanın öz seçimidir. Lakin çox uşağa sahib olmaq daha yaxşıdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ümmətini çoxlu övlad sahibi olmağa təşviq edərək bildirilmişdir: "Çox sevən və çox doğan (doğmaq əzmində olan) qadınlarla evlənin. Qiyamət günü mən sizin sayınızın çoxluğu ilə peyğəmbərlərdən üstün olacağam, fəxr edəcəyəm". (İmam Əhməd; ət-Tabərani; İbn Hibban). 

​​​​​​​5) Bir fənni öyrənərkən tərkibində küfr və şirk olan ifadələri tərk etmək lazımdır. Həmçinin oxuyun:
Paylaş: